Əlaqə Arxiv
news Image
2020.04.03
14:22
| A A A
Azərbaycan vətəndaşları son iki ayda hansı ölkələrə gediblər?

2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 12,2 faiz artaraq 820,6 min nəfər olub.

Mövqe.az-ın məlumatına görə, ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 8,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.

2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Sizin Reklam Yeriniz