Əlaqə Arxiv
news Image
2020.04.03
16:00
| A A A
“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürüb

Dünyada yayılmış koronavirusun (COVİD-19)  Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Mövqe.az-a verilən məlumata görə, Birlik  də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əmək haqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Sizin Reklam Yeriniz