Əlaqə Arxiv
news Image
2013.07.09
17:28
| A A A
İstehlaka yararsız məhsullar satışdan çıxarılıb

Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Abşeron rayonunda

- Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində Kənan Mustafayevə və Qəməd Vəliyevə məxsus mağazalarda;

- Xırdalan şəhəri, H.Əliyev prospektində Balay Şəfiyevə və Məfarə Aşurovaya məxsus mağazalarda;



Goranboy rayonunda

- Xınnalı kəndində Akif Musayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.



Bakının Binəqədi rayonunda

- 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə Tahir Orucova məxsus mağazada;

- Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində, ev 41A ünvanında Sevil Allahverdiyevaya məxsus mağazada;

- Dairəvi yol, ev 70A ünvanında Vasif Həziyevə məxsus mağazada;



Suraxanı rayonunda

- Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 7 ünvanında Elman Abbasova məxsus mağazada;

- Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 1 ünvanında Elnur Mehdiyevə məxsus mağazada;



Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsində Xalidə Abbasovaya və Neftçilər küçəsində Şahin Mirzəyevə məxsus mağazalarda;

- Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, ev 72 ünvanında Əhməd Əsgərova məxsus mağazada;

- Sabunçu qəsəbəsi, Şəhər şosesi, döngə 5 ünvanında Niyaməddin Cəlilova məxsus mağazada;



Goranboy rayonunda

- Goranboy şəhəri, Vidadi küçəsi, ev 53 ünvanında Elçin Məmmədova məxsus mağazada;

- Dəliməmmədli şəhərində Şamxal Abbasova və Afət Teyyubovaya məxsus mağazalarda;



Yevlax şəhərində

- Nizami prospekti, 40 ünvanında Əli Vəliyevə məxsus mağazada;

- S.Vurğun küçəsi, 23/4 ünvanında Tamaşa Rzayevaya məxsus mağazada;

- 31-ci məhəllədə Mehman Həsənova məxsus mağazada;

- C.Cabbarlı küçəsi, ev 21 ünvanında Şəhla Kürdiyevaya məxsus mağazada;



Füzuli rayonunda

- Kərimbəyli kəndində Ağalar Quliyevə məxsus mağazada;



Xudat şəhərində

- Şollar kəndində Şəfiqə Quliyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.


Ümumilikdə, monitorinqlər zamanı 640 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Sizin Reklam Yeriniz