news Image
2013.07.10
13:47
| A A A
Azərbaycanın investisiya imkanları İtaliyalı iş adamlarına təqdim edilib

İyulun 9-da Bak Biznes Mərkəzində Azərbaycan və İtaliya iş adamları arasında görüş keçirilib.


Mövqe.az-ın məlumatına görə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, investorlar üçün yaradılmış əlverişli şərait və ölkəmizin iştirakçısı olduğu mühüm layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq İtaliylı iş adamlarını fəal əməkdaşlığa dəvət edib. Tədbirdə AZPROMO-nun fəaliyyəti, Azərbaycanın investisiya mühitinə dair təqdimat keçirilib.


İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu vurğulanıb, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin bu baxımdan əhəmiyyətli olduğu diqqətə çatdırılıb.


İtaliyalı iş adamlarına Azərbaycan iqtisadiyyatının prioritet sahələri, investisiya layihələrinin birgə maliyyələşdirmə imkanları, Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər və investorlara təklif olunan güzəştlər barədə məlumat verilib. İtaliyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.