Əlaqə Arxiv
news Image
2020.04.14
18:56
| A A A
Aİ bütün büdcəsini koronavirusla mübarizəyə ayırır

Avropa İttifaqı 2020-ci il büdcəsində qalan bütün pulları koronavirus pandemiyası və onun fəsadları ilə mübarizəyə ayırmaq qərarı verib.

Mövqe.az xarici kiv-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurası bildirib.

Qeyd olunur ki, Aİ Şurası 2020-ci il büdcəsini dəyişən iki qərar qəbul edib. Belə ki, dəyişikliklərə əsasən büdcənin xərcləri 3,57 milyard avro artırılaraq 172, milyard avroya, gəlirləri isə 1,6 milyard artırılaraq, 155,2 milyard avroya çatıb.

Xatırladaq ki, bu günədək dünyadan koronavirusa 1,9 milyondan çox şəxs yoluxub, 120 mindən çox xəstə həyatını itirib.

Sizin Reklam Yeriniz