Əlaqə Arxiv
news Image
2020.04.21
15:04
| A A A
Mazımçay gömrük postunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Xüsusi karantin rejimi dövründə Dövlət Gömrük Komitəsi tərəfindən aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

Mövqe.az-ın məlumatına görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin gömrük postunun əməkdaşları 50 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz