Əlaqə Arxiv
news Image
2013.07.11
19:25
| A A A
Argentina Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, nazir son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, iki ölkə arasında zəruri müqavilə hüquq bazası yaradılıb, bu sahədə indiyədək 18 sənəd imzalanıb.


Görüşdə Azərbaycanla Argentina arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri, Azərbaycan və Argentina arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, birgə işçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparılıb. İşçi qrupunun ilk iclasının bu ilin dekabrında keçirilməsi, iki ölkənin iş adamları arasında biznes forumun təşkili barədə ilkin razılıq əldə edilib.


Azərbaycan və Argentina arasında müxtəlif istiqamətlərdə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirlməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir Ş.Mustafayev istehsal və emal sahələrində birgə müəssisələrin yaradılmasını təklif edib.


Görüşdə İKT, turizm, dərman istehsalı, tikinti, alternativ enerjisi istehsalı və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə həmçinin vurğulanıb ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsi nəticəsində Argentina Azərbaycan vasitəsilə region ölkələrinə, Azərbaycan isə Argentina vasitəsilə Latın Amerikası ölkələrinə çıxış imkanlarını genişləndirə bilər.


Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Səfir Karlos Dante Riva bundan sonra da Azərbaycan-Argentina əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz