Əlaqə Arxiv
news Image
2020.04.23
11:53
| A A A
Azərbaycanda üç ayda 50 milyon tondan çox yük daşınıb

2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,8 milyon ton yük daşınıb və 2019-cu ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalma müşahidə olunub.

Mövqe.az-ın məlumatına görə, yüklərin 3,0 faizi dəniz, 7,0 faizi dəmir yolu, 0,1 faizi hava, 58,8 faizi avtomobil nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,3 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 3,6 milyon ton yük daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,6 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 milyon 499,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalıb.

Hava nəqliyyatı ilə yükdaşıma 53,4 faiz artaraq 69,5 min ton olub.

Sizin Reklam Yeriniz