Əlaqə Arxiv
news Image
2020.04.25
18:43
| A A A
Mikayıl Cabbarov: Sosial müavinətlərin verilməsi meyarları arasında fərdin VÖEN-in olmaması əhəmiyyət daşımır

Sosial müavinətlərin verilməsi meyarları arasında fərdin VÖEN-in olmaması əhəmiyyət daşımır.

Mövqe.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

İqtisadiyyat Naziri Dövlət Vergi Xidmətinin bir necə gün əvvəl passiv VÖEN-i olan işsiz şəxslərə də 190 manat məbləğində birdəfəlik ödəmənin təyin edilməsinin mümkünlüyü ilə bağlı verdiyi açıqlamadan sonra belə şəxslərə müavinətin alınması üçün imtina cavabının verilməsinə münasibət bildirib.

Mikayıl Cabbarov əlavə edib ki, 190 manat məbləğində birdəfəlik müavinətin alınması üçün bir sıra zəruri meyarlar müəyyən edilib.

“Bu meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanıb. Bu meyarlara uyğun olaraq, bütün müraciətlərə baxılır və ödənişlər həyata keçirilir. Bu meyarlar arasında fərdin VÖEN-in olub-olmaması əhəmiyyət daşımır.

Ola bilsin ki, imtina cavabı verilən şəxslərin fərdi müraciəti məsələsinə aydınlıq gətirildikdən sonra fərdi müraciətin taleyinin nədən ibarət olduğu aidiyyatı qurumlara ünvanlanmalıdır”.

Sizin Reklam Yeriniz