Əlaqə Arxiv
news Image
2020.04.28
09:45
| A A A
“Airbus” 3 mindən çox işçini məcburi məzuniyyətə göndərir
"Airbus" təyyarəqayırma şirkəti koronavirusun yaratdığı iqtisadi çətinliklərə görə Brouton zavodunda çalışan işçilərinin yarısını məcburi məzuniyyətə göndərməklə bağlı qərar qəbul edib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, qərar zavodun 3 200 işçisinə şamil olunacaq. Bu zavodda "Airbus" sərnişin təyyarəsinin qanadları yığılır. Xatırladaq ki, Böyük Britaniya hökuməti mart ayında müəssisələri müvəqqəti bağlanan işçilərə maaş verəcəyini açıqlayıb.
Sizin Reklam Yeriniz