Əlaqə Arxiv
news Image
2020.04.28
12:03
| A A A
“Petrobras” neft hasilatını azaltmaqdan qismən imtina etdi
Aprel ayında gündəlik 2,07 milyon barel neft hasil etməyi planlaşdıran Braziliyanın Dövlət Neft-Qaz Şirkəti "Petroleo Brasileiro" (Petrobras) tələbatın gözləntilərdən yüksək olması səbəbi ilə bu rəqəmi orta hesabla 2,26 milyon barelə qaldırıb. Mövqe.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin birinci rüb üzrə hasilatla bağlı hesabatında deyilir. "Bu cür tədbirlər pul vəsaitlərinin yaranmasına və xammal ehtiyatlarının azalmasına yardım etdi. Nəticədə saxlanc yerlərində məqsədəuyğun azad güclər təmin edildi. Bu da öz növbəsində maye saxlama üçün gəmilərin yüklənməsi kimi bahalı tədbirlərin görülməsinin qarşısını aldı", - hesabatda vurğulanır. Şirkətin məlumayına görə, ilk rübdə hasilat gündəlik 2,32 milyon barel təşkil edib ki, bu da öncəki illə müqayisədə 17,7% çoxdur.
Sizin Reklam Yeriniz