Əlaqə Arxiv
news Image
2013.07.12
17:41
| A A A
Azercell-dən xoş xəbər

Ramazan ayında Azercell abunəçiləri daha sərfəli şərtlərlə danışacaq.Azercell Telekom bu il də Ramazan bayramı münasibətilə SimSİm abunəçiləri üçün yeni güzəştli kampaniya təşkil edib. 

Mövqe.az xəbər verir ki, 10 iyul–8 avqust 2013-cü il tarixlərində bu kampaniyaya qoşulan abunəçilər endirimli tariflə danışmaq imkanı əldə edəcəklər. Belə ki, kampaniyanın şərtlərinə əsasən göstərilən tarix ərzində 5 AZN və ya daha yüksək nominalda kart yükləyən bütün Azercell Fakturasız Xətt abunəçiləri axşam saat 8-dən səhər saat 8-dək ölkədaxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar.

Məlumat üçün bildirək ki, abunəçilər bu kampaniyadan yalnız ölkədaxili zənglər çərçivəsində yararlana bilər. Eyni zamanda, GəncSim abunəçiləri də, Ramazan kampaniyasında iştirak edərək, 3-cü dədiqədən sonra pulsuz danışa bilərlər.

Bu yeni kampaniya ilə Azercell öz abunəçilərinə müqəddəs Ramazan ayı ərzində doğmaları ilə daha yaxından ünsiyyət saxlamağa yeni bir imkan yaradır.


Sizin Reklam Yeriniz