news Image
2013.07.15
17:06
| A A A
Kiçik səhmdarlar yenə şikayətçidir
Zöhrab İsmayıl: «Kiçik səhmdarlar qanunsuzluqla üzləşdikləri üçün məhkəməyə müraciət edirlər»

Samir Əliyev: "Böyük səhmdarların marağı olduğundan onlar imkan vermir ki, digər kiçik səhmdarlardan kimsə onların əleyhinə qərar versin"


Səhmdar cəmiyyət olaraq fəaliyyət göstərən bir sıra müssisələrdə hələ də narazılıq predmetinə çevrilən məsələlərdən biri kiçik səhmdarlara çox az və ya heç bir dividendin ödənilməməsi ilə bağlıdır. Ümumiyyətlə, bu məsələ xeyli müddətdir ki, gündəmdədir və aktuallağını şoruyur. İqtisadçı ekspert Zöhrab İsmayıl Mövqe.az-a açıqlamasında bunnula bağlı qeyd edir: "Azərbaycanda özəlləşdirmə prossesində bir çox dövlət müəssisələri səhmdar cəmiyyətlərə çevrilib və səhmlərin bir hissəsini də  vətəndaşlar alıb. Beləliklə də, onlar səhm sahibləri olmaqla yanaşı, səhmdarlara çevriliblər və həmin müəssisələrin şərikləridirlər. Ancaq bir  sıra müəssisələrdə kiçik səhmdarlara dividendlər vermirlər. Bunun da səbəblərini  müxtəlif bəhanələrlə izah edirlər. Ancaq bu müəssisələrdə hansısa hissə çoxluq olmasına rəğmən, bu qərarları verə bilməzlər, sadəcə öz payları üzrə qərar verə bilərlər. Onlar özlərinin gəlirlərini nizamnamə kapitalının artımına, investisiyaya yönəldə bilərlər və bunun da nəticəsində özlərinin səhmlərinin paylarını artırmış olarlar. Ancaq bu digər azlıqda olan xırda səhmdarların hüquqlarını pozmamalıdır və eyni zamanda onları gəlirdən məhrum etməməlidir. Bu məsələlərlə bağlı çoxlu məhkəmə işləri var. Yəni kiçik səhmdarlar qanunsuzluqla üzləşdikləri üçün məhkəməyə müraciət edirlər. 

Bu, həm də  fond bazarının inkişafına mane olan əsas faktorlardan biridir. Fond bazarı olmayan iqtisadiyyat o, deməkdir ki, onun real sektorunun maaliyyə bazası yoxdur.  PRoblemin həlli yolları isə sadəcə məhkəmələrin ədalətli qərar çıxarması ilə bağlıdır". 


İqtisadçı ekspert Samir Əliyev isə bildirir: "Azərbaycanda qiymətli kağızlar bazarı arzu olunan səviyyədə inkişaf eləməyib. O cümlədən səhmdarların hüquqlarını pozulması halları baş verir. Təsəvvür edin ki, köhnə sovet dövründə fəaliyyət göstərmiş fabrik, zavod səhmdar cəmiyyətə çevrilir və sonra həmin zavod kimlərsə tərəfindən alınır və sonra ləğv edilir, yerində çoxmərtəbəli binalar və ya hansısa obyekt tikilir. O alınmış səhmdar cəmiyyətin təyinatı dəyişdirilir. Bu gün ən pis tendensiya odur ki, daha çox səhmdar cəmiyyətləri yox, məhdud məsuliyyətli cəmiyyətlərin yaradılması prossesi üstünlük təşkil edir. 

Böyük səhmdarların marağı olduğundan onlar imkan vermir ki, digər kiçik səhmdarlardan kimsə onların əleyhinə qərar versin. Bunu məhdud məsuliyyətli cəmiyyətlərdə müşahidə edə bilməzsiniz. O cümlədən adı çəkilən məsələdə ən cox əziyyət çəkdiyi məsələlərdən biri də, dividendlərin verilməsidir. Səhmdar cəmiyyət işləyir, gəlir əldə edir, amma səhmdarlar bundan dividend əldə edə bilmir, gəlir əldə edə bilmirlər. Ona görə gəlir əldə edə bilmir ki,mənfəətin bölüşdürülməsi səhmdarların ümumi yığıncağında qəbul edilir .Amma təsəvvür edin ki,səhmlərin çox hissəsi bir adamda, ya da bir qrup insanda olur. Onlar qərar qəbul edirlər ki, bu mənfəətə dividend verilsin, yoxsa bu mənfəət bölüşdürülsün. Məhz kiçik səhmdarlar əsas səhmdarların qərarına tabe olmağa məcbur olurlar. Məlum olduğu kimi, o  səhmdarlar daha çox narahatlıq bildirir ki, nəzarət paketi onların əlində deyil, yəni onların payı həddindən artıq azdır, səs çoxluğu ilə bunların yerinə qərar qəbul edilir. Buna görə də son zərbə bu səhmdarlara dəyir. Çünki burda təbii ki, səhmdarların hüquqlarını pozulması məsələsi ortaya çıxır və bu gün onların hüquqlarını qorunmasına çox böyük ehtiyac var. Belə halları bu vaxta çox müşahidə etmişik və bundan sonra da düşünürəm ki, müşahidə edəcəyik. Bunun da əsas səbəbi səhmdarların hüquqlarını qorunmaması məsələsidir".


Ekspert bu məsələlənin bir dəfəlik həlli yollarından da danışıb: " Əslində, qarşısı alınmalıdır. Qanunvericilikdə səhmdarların hüququ qorunur. Burada rəqabət mühitinin olması ilk öncə səhm bazarının inkisaf etdirilməsi, qanunun aliliyinin təmin edilməsi, məhkəmə sisteminin daha mütərəqi işləməsi və bu kimi məsələlər də var ki, bunların hamsı kompleks xarakter daşıyır. Yəni, bu məsələni birinin həlli digər məsələnin həllinə gətirib çıxarmayacaq. Nə qədər ki, o müəssisələr yeni texnologiyalar tətbiq edib bazara çıxmayacaq, köhnə qaydada işləyəcək, belə hallar tez-tez baş verəcək və həll olmayacaq".