Əlaqə Arxiv
news Image
2020.05.20
21:11
| A A A
Astaranın 3 kəndində müasir elektrik enerji sistemi qurulub

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.

Bu haqda məlumatı Trend-ə “Azərişıq” ASC Mətbuat xidmətinin rəisi Vaqif Mustafayev verib.

O bildirib ki, Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalayıb. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müasir elektrik enerji sistemi qurulub.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalın böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıblar.

Sizin Reklam Yeriniz