Əlaqə Arxiv
news Image
2013.07.18
11:45
| A A A
www.icazeler.gov.az portalından istifadə edənlərin sayı 156 mini ötüb

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını iyun ayında 12000-ə yaxın internet istifadəçisi ziyarət edib. Mövqe.az-ın məlumatına görə, internet istifadəçilərinin 300-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Tailand, Böyük Britaniya, İran, Lüksemburq, İsveç, Ukrayna, Çexiya, Rumıniya, Sloveniya, Mərakeş, Polşa, Gürcüstan, Qətər, İsveçrə, Çin və Finlandiyadan olub.


Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 156 mindən çox internet istifadəçisi yararlanıb.


Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İyun ayında 2, ümumilikdə isə 114 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.


 

Sizin Reklam Yeriniz