Əlaqə Arxiv
news Image
2020.06.04
08:45
| A A A
Azərbaycan növbəti fors-majordan yenə minimum itkilərlə çıxır
İslahatların görünməyən vacib detalı nəyi ehtiva edir?!

 

“Bu dünya belə gəlib, belə də gedəcək”. Mənalı ifadədir, lakin konkretlik yoxdur. Mənasının canı da elə bundadır. Başqa sözlə, müasir nanotexnologiyaların əsasını təşkil edən qeyri-səlis məntiq nəzəriyyəsinin loru dildə qarşılığıdır. Çünki bütün xalqların və dövlətlərin tarixi və gündəlik həyatı heç cür güman olunmayan gözlənilməz hadisələr, fəsadlarla doludur. Lakin hansı istiqamətdən, hansı qüvvələr tərəfindən, təbii yaxud süni yaradılmış təbəddülatlardan doğan gözlənilməzlikləri dəqiq proqnoslaşdırmaq mümkün deyil. Dünyanın gəliş-gedişinin elə-beləliyi də budur. Bu səbəbdən heç bir dövlətin gələcək həyatı barədə sığortalı danışmaq da olmur. Ancaq, mövcud reallıqlardan doğan aksiomlarda var. Bu, qəfil gələn fövqəladə halları daha yaxşı qarşılamağa hazır olmaq barədə, obrazlı desək, bir zəfərdir. Yəni hadisə baş verəndə onun fəsadlarını aradfan qaldırmağa hazır olmaq dərəcəsi dövlətin qurulduğu bazadan, getdiyi yolun möhkəmliyindən, malik olduğu iqtisadi-siyasi sabitlikdən asılıdır. Bu mənada Azərbaycanın fors-major hallara hazırlığını dövlət idarəçiliyinin müsbət tendensiyasi qismində nümunəvi saymaq olar və sayılır da.

Niyə? Birincisi, ona görə ki, Azərbaycan müstəqillik tarixinin qısa zaman kəsiyində tarixi nailiyyət hesab ediləcək inkişaf yolu keçib. Hətta müəyyən rakursdan baxanda bu, paradoks təsi bağışlayır.

Çünki sovetlər dağılanda ölkəmiz yaman gündə idi, müharibə gedirdi və sonda ən münbit torpaqlarımızdan olan Kür-Araz ovalığının qaratorpaq sahəsi olan Qarabağ işğal edildi. İqtisadi və siyasi sistem dağıdıldı. Boş yerdən yeni, müasir dövrlə ayaqlaşmağı və bir çox sahələrdə onu ötməyi bacaran ölkə intişar etdi. Ötən ilin yekunlarına nəzər salsaq iqtisadi sahədə əldə edilmiş nəticələrin nə qədər qənaətbəxş olduğunu yəqin etmək olar. Ümumi daxili məhsul 2,2 faiz artmıb, qeyri-neft sektorunda bu artım 3,5 faiz olub. Sənaye istehsalı 1,5 faiz artsa da, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb.  Sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində çoxalıb. Başlıcası, iqtisadiyyat dayanıqlı rels üzərində bərqərar olduğundan artım bundan sonra da dayanıqlı olacaqdır. Bu bir neçə rəqəm davamlı inkişaf prosesinin olacağını deməyə əsas verir. Belə ki, yaradılmış potensial əsasında mütəxəssislər 2020-ci ildə iqtisadi artımın 3 faizə çatacağı barədə inamlı proqnozlar verirdilər. Çünki potensial həqiqətən yüksək idi və ölkəmizin valyuta ehtiyatı bu ilin əvvəlinə 51 milyard dollara çatmışdı.

Ancaq cəmiyyətimizin sabitliyi fonunda quruculuq işləri davam etdiyi dövrdə birdən-birə koronavirus pandemiyası yarandı və bu fəlakət başqa ölkələrdən başlasa da, tez bir zamanda bizim də qapımızı döydü. Beynəlxalq aləmdə olduğu kimi Azərbaycanda da fors-mayor situasiya yarandı.

Bütün dünya miqyasında məhz bu situasiya hansı dövlətin inkişafı haqda deyilənlərin “sabun köpüyü”, hansı dövlətin uğurları barədə söylənilənlərin real fakt olmasını üzə çıxardı. Pandemiyaya bağlı ölkələrdə fövqəladə hallar, xüsusi rejimli karantinlər və sairələr tətbiq edildi. Ciddi qadağalar müəyyən olundu. İşlər dayandı, müəssisələrin fəaliyyəti yasaq olundu, əhali “evdəqal” kampaniyasına başladı. Belə bir şəraitdə Azərbaycan həmişə olduğu kimi bu dəfə də pandemiya ilə mübarizənin öncülləri sırasında yer aldı.

Ölkəmizdə gedən islahatların nə dərəcədə vacib, əhəmiyyətli və vaxtında həyata keçirilən siyasət olması bu dövrdə qiymətini aldı. Prezident İlham Əliyevin müstəqil və ölçülüb-biçilmiş, eyni zamanda tərəfdaşlarla əlaqələndirilmiş sosial-iqtisadi tədbirləri sayəsində Azərbaycan fəlakətin gətirə biləcəyi itkiləri minimuma endirdi. Bu uğurda xalq-iqtidar birliyinin nəhayətsiz əhəmiyyətini də qeyd etmək lazımdır. Azərbaycan timsalında tarix bir daha sübut etdi ki, xalqla hakimiyyətin bir olduğu ölkələrdə hər cür fəlakətin qarşısını almaq mümkündür.

Bu gün dünyadakı dövlətlərin iqtisadi-siyasi vəziyyətinə nəzər salsaq, görərik ki, 150 ölkə beynəlxalq maliyyə qurumlarının qarşısında kredit üçün növbəyə düzülüb. Fəxrlə deyə bilərik ki, Azərbaycan bu sırada yoxdur. Əksinə, Azərbaycan 15 ölkəyə birbaşa yardım göstərib və daha 15 ölkəyə ÜST-nın xətti ilə yardım göstərəcək.

Bütün bunlar siyasi və iqtisadi strategiyamızın zaqgğrənliyinin nəticəsidir. Ötən ilin yekunlarına həsr edilmiş müşavirədə Prezident İlham Əliyev problemlərdən danışarkən deyib: “Keçən il ölkəmizdə 98 min yeni iş yeri yaradılıb. Bu, böyük bir rəqəmdir. Ancaq yenə də deyirəm, əhali 100 min artıb və hər il 100 min nəfər artacaq. Nə qədər çox əhali artsa, növbəti illərdə illik artım da çoxalacaq. Biz indi bunu əhalisi sürətlə artan ölkələrin timsalında görürük. Bu, böyük problemlər gətirir. Artan əhali böyük üstünlükdür, təbiidir və eyni zamanda, bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür. Ancaq eyni zamanda, bu, özlüyündə böyük problemlər də ehtiva edir. Hazırda çox sürətlə artan ölkələrin problemləri təhlil edilməlidir. Bu, təkcə İqtisadiyyat Nazirliyinin işi deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək resursları ilə bağlı, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlar, hesab edirəm ki, Nazirlər Kabineti bu məsələ ilə bağlı ciddi təhlil aparmalıdır və biz proqnozu bilməliyik. Bizim resurslarımızı dəqiq müəyyən etməliyik. Bizim mövcud ərazimiz, əkin sahələrimiz, təbii resurslarımız bəllidir. Onların gələcəkdə dəyişməsi mümkün deyil. Ona görə bütün bunlar hesablanmalıdır ki, 20 ildən sonra, 30 ildən sonra hansı vəziyyətlə üzləşəcəyik”.

Təbii ki, 20-30 illik dövrə hesablanmış strategiyada mütləq fors-major halları da nəzərə alır və ona hazır vəziyyətdə dayanır. Bunun sayəsində ölkəmiz vaxtında görülmüş tədbirlərlə bütün bəlalardan layiqincə hifz olunur. Pandemiya dövründə BMT-dən, ÜST-dən və ayrı-ayrı dövlətlərdən və beynəlxalq təşkilatlardan gələn təşəkkür məktubları, vətəndaşlarımızın dövlət başçımıza yazdıqları məktublar bunun əyani sübutudur.

N.NOVRUZ

Sizin Reklam Yeriniz