Əlaqə Arxiv
news Image
2020.06.30
11:03
| A A A
Mikayıl Cabbarov: Pandemiyanın iqtisadiyyatımızın strukturunda mənfi təsiri minimal səviyyədədir
Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir. Mövqe.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür: "2019-cu il yanvarın birindən əmək müqavilələri ilə bağlı da islahatlar aparıldı. 2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyunda bu rəqəm 751 min 705 olub. Bu da o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb".
Sizin Reklam Yeriniz