Əlaqə Arxiv
news Image
2020.06.30
12:19
| A A A
“Azərkosmos” ixracdan gəlirlərini 20%-dək artırıb
Bu ilin yanvar-may aylarında "Azərkosmos" ASC 19,1 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. "Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə şirkətin xidmətlərinin idxalçısı olan ölkələrin sayı isə 26 olub. Yanvar-may ayları ərzində "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Malayziya idxal edib.
Sizin Reklam Yeriniz