Əlaqə Arxiv
news Image
2020.06.30
13:03
| A A A
ARDNF-nin 2019-cu il büdcəsi icrası təsdiq olunmaq üçün Prezidentə təqdim edilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-nin 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("PraysvoterhausKupers Audit Azərbaycan" MMC) rəyini nəzərə almaqla, ARDNF-nin 2019-cu ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib. ARDNF-dən Mövqe.az-a verilən məlumata görə, eyni zamanda Müşahidə Şurası müstəqil auditorun və ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəylərinə əsasən, habelə ARDNF-nin 2019-cu il büdcə gəlirlərinin 19 030,6 milyon manat və yaxud 123,2% səviyyəsində, büdcə xərclərinin isə 11 588,6 milyon manat və ya 99,9% səviyyəsində icra edildiyini nəzərə alaraq, Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.
Sizin Reklam Yeriniz