Əlaqə Arxiv
news Image
2020.07.02
12:20
| A A A
“Azərişıq” Cəlilabad rayonunda yenidənqurma işləri aparır

“Azərişıq”   ASC   Cəlilabad   rayonunun   Şatırlı   İnzibati   ƏraziNümadəliyinə   daxil   olan   üç   kənddə:   Şatırlı,   Buravar   və   Badamağacı kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparır.

Bu barədə Mövqe.az-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

Məlumata görə, Cənub RETSİ-nin ərazisinə aid bu üç kənddə ümumilikdə 1500-dək sakinyaşayır.  Yenidənqurma işləri kənddə bütün elektrik enerjisi sistemini əhatə edir.İran İslam Respublikası ilə sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ciildə elektrik enerjisi verilb. Və ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnəşəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Adı çəkilən kəndlərdə elektrikenerjisi   təchizatının   yenilənməsi   məqsədi   ilə   dayaqlar,   elektrik   veriliş   xətləri,sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırlır. İşlər   başa   çatdıqdan  sonra   istehlakçılar   dayanıqlı  və   keyfiyyətli   elektrikenerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaq.

Sizin Reklam Yeriniz