Əlaqə Arxiv
news Image
2020.07.07
18:57
| A A A
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb
Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 019,8 milyon manat təşkil edib. Mövqe.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 0,1% artaraq 484,4 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,8% artaraq 1 450,0 milyon manat, aksizlər üzrə daxilolmalar 51,3% azalaraq 66,6 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 7,5% azalaraq 18,6 milyon manat olub.
Sizin Reklam Yeriniz