Əlaqə Arxiv
news Image
2020.07.11
19:45
| A A A
Gəncədə su xəttini düzəldənlər qaz xəttini zədələdilər

Gəncə şəhərində səhər saatlarında yağmış güclü yağışın fəsadlarını aradan qaldırarkən "Azərsu" ASC-nin texnikası ilə şəhərin N.Nərimanov küçəsi ilə A.Puşkin küçələrinin kəsişməsində, diametri 110 mm olan “Gəncə-2” yeraltı polietilen qaz xəttini yararsız vəziyyətə salınıb.

“Azəriqaz” İstehsalat Birliyindən Mövqe.az-a verilən məlumata görə, baş verən hadisənin fəsadlarının aradan qaldırılması üçün təhlükəsizlik tədbiri olaraq təqribən 3 000 abonentin qaz təminatı dayandırılıb. Qaz təminatının bərpa olunması təqribən 3 saat vaxt tələb edir.

Hazırda "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları hadisə yerindədir, təcili təmir işləri aparılır.

Sizin Reklam Yeriniz