Əlaqə Arxiv
news Image
2013.07.25
20:02
| A A A
ARDNŞ Bakı şəhəri və Abşeron rayonunun qaz təchizatını yaxşılaşdırır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)"Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkənin qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, istehlakçıların təbii qazla keyfiyyətli təmin olunması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Bakı şəhəri və Abşeron rayonunda həyata keçirilən tədbirlər də bu baxımdan xarakterikdir.


Mövqe.az-ın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Bakı şəhərinin Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayоnlarının qaz təchizatının yaхşılaşdırılması, qaz kəmərlərinin və məişət qaz sayğaclarının fərdi həyətlərdən çıхarılması, qaz kəmərlərinin yenidən qurulması məqsədilə 201,2 kilometr uzunluğunda bоru хətləri quraşdırılıb.


Həmin dövrdə Abşeron rayonundakı sənaye müəssisələrinin qaz xəttini əhali kateqoriyasına aid abonentlərin xəttindən ayırmaq məqsədi ilə Masazır Qazpaylayıcı Stansiyasından yeni orta təzyiqli qaz kəməri çəkilmişdir. Eyni zamanda, rayоnun Mehdiabad və Novxanı kəndlərinin, eləcə də Saray qəsəbəsinin daxili qaz kəmərləri yenidən qurulmuşdur. Saray qəsəbəsindəki yeni yaşayış massivinin, Masazır kəndindəki "Yeni Bakı" yaşayış massivinin, Hökməli bələdiyyəsinin ərazisində yerləşən Atyalı və Nübar qəsəbələrinin qazlaşdırılması üçün 83,7 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.

"Azəriqaz" İB əhalinin qaz təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Qaradağ rayonunun Sahil, Ələt, Korğöz, Səngəçal, Qızıldaş, Şıxlar qəsəbələrində, Xəzər rayonunun Mərdəkan, Binə, Qala, Şüvəlan, Türkan, Zirə, Buzovna qəsəbələrində, Pirallahı rayonunda, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində, Sabunçu rayonunun Bilgəh, Ramanı və Maştağa qəsəbələrində təbii qazla təmin olunmayan yaşayış ərazilərinin qazlaşdırılması işləri aparılır.

Sizin Reklam Yeriniz