Əlaqə Arxiv
news Image
2013.07.26
16:53
| A A A
ARDNF-nin maliyyə fəaliyyətinin auditini "Price Waterhouse Coopers" şirkəti həyata keçirəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib. 


Xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif verib, "Price Waterhouse Coopers" şirkəti müsabiqənin qalibi müəyyən edilib və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.


Sizin Reklam Yeriniz