Əlaqə Arxiv
news Image
2013.07.26
16:00
| A A A
ARDNF-nin Müşahidə Şurasının iclası keçirilib

2013-cü il iyulun 25-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2012-ci il büdcəsinin icrası məsələlərinə baxılıb.


Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2012-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Ernst ənd Yanq" şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və  Fondun 2012-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul edib.


Sizin Reklam Yeriniz