Əlaqə Arxiv
news Image
2020.07.26
15:47
| A A A
Azərbaycanda nəhəng su layihələri vəziyyəti müsbət tərəfə dəyişib

İnfrastruktur layihələrin hazırlanması və həyata keçirilməsi hər bir ölkə üçün onun inkişafı cəhətdən çox vacibdir. Ölkəmizdə infrastruktur layihələr ardıcıl şəkildə icra edilir və bu da ölkəmizin sürətlə inkişaf etməsinə şərait yaradır. 
İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə çatmışdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi, bu gün isə bu rəqəm təxminən 82 faizə çatmışdır. Lakin Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır, bunu həyata keçirmək üçün addımlar atılır.
Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmışdir. Onların arasından Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək lazımdır. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Şəmkirçay su anbarı da əhəmiyyətli anbarlardan biridir ki, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır.
Ölkə başçısı çıxışında onu da qeyd etmişdir ki, su həyat deməkdir. İnsanların sağlamlığı təmiz içməli sudan asılıdır. Prezident su itkilərinə yol verilməsini, suyun mənbəyinin düzgün təhlil edilməməsini, xərclərə nəzarətin çox aşağı səviyyədə olmasını da qeyd etmişdir.
Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyev öz xalqının rifahı və xoşbəxt gələcəyi naminə böyük layihələrin icra olunmasına ciddi nəzarət edir.


 Əhmədzadə Leyla
 Nəsimi rayonu

Sizin Reklam Yeriniz