Əlaqə Arxiv
news Image
2020.08.10
13:17
| A A A
Bərdədə daha 60 evə qaz verilib

Azərbaycanın bölgələrində 2020-ci il üzrə tərtib olunan dövlət proqramına uyğun olaraq qaz çəkilişləri davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Mövqe.az-a verilən məlumata görə, bu günlərdə Bərdə rayonunda Məşədiibişli kəndində qaz çəkilişi prosesi tamamlanıb.

Bu kənddə 60 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumilikdə, 7 693 metr uzunluğunda polietilen, 6 021 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib. Qazla təmin edilən evlərin hər birinə məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Sizin Reklam Yeriniz