Əlaqə Arxiv
news Image
2020.08.11
08:39
| A A A
Çinlə münasibətlərin gərginləşməsi Nyu-York birjasına təsir edib
Nyu-York birjasında əsas indekslər müxtəlif istiqamətlərdə dəyişib. "Report" xəbər verir ki, "Dow Jones" sənaye indeksi 354,81 bənd (1,29%) artaraq 27 788,29 bənd səviyyəsində dayanıb. ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu "S&P 500" indeksi 8,76 bənd qazanaraq (0,26% ) və 3 360,04 bənd səviyyəsində qalıb. "Nasdaq" elektron birja indeksi isə 43,94 bənd (-0,40%) azalaraq 10 967,04 bəndədək enib. Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 0,29 faiz artaraq 42,05 ABŞ dolları təşkil edib. Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,20% ucuzlaşaraq 2 035,60 ABŞ dollarına ticarət olunub.
Sizin Reklam Yeriniz