Əlaqə Arxiv
news Image
2013.08.01
13:10
| A A A
Azərbaycanda ümumi məbləği 83 min manat olan saxta əskinaz aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə iyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 16 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 83 min manat təşkil edən 1041 ədəd müxtəlif nominalda milli əsginaz, həmçinin 300 tona yaxın saxta yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Sizin Reklam Yeriniz