news Image
2013.08.06
15:17
| A A A
Könüllü sığorta hələ də inkişafında ciddi problemlər yaşayır
Mustafa Abbasbəyli: «Insanların sığorta ilə könüllü tanışlığı məcburi tanışlığından daha çətin baş tutur» Samir Əliyev: "Səbəb sığorta şirkətlərinə olan inamsızsıqdır"

Ruslan Atakişiyev: "Könüllü siğorta zamanı işin keyfiyyətinə fikir verilməməsi bu sahəyə marağı azaldır"

Qərb ölkələri ilə müqayisədə Azərbaycanda sığorta bazarının hələ zəif inkişaf etməsi, ümumi daxili məhsulda payının az olması danılmaz həqiqətdir. Xüsusən könüllü sığorta hələ qənaətbəxh səviyyədə deyil. Bunun səbəblərindən bəhs edən sorta məsələləri üzrə ekspert Mustafa Abbasbəyli Mövqe.az-a açıqlamasında qeyd edir: "Azərbaycan sığorta bazarında könüllü sığorta növləriin nisbətən az inkişaf etməsinin bir çox səbəbləri vardır. Əslində, inkişaf etmiş ölkələrin sığorta təcrübəsini əsas götürsək, görərik ki, aşağı-yuxarı bütün ölklələrdə könüllü sığorta növlərinin inkişafı, icbari sığorta növlərin tətbiqindən keçmişdir. Yəni, belə demək mümkündürsə, insanların sığorta ilə könüllü tanışlığı məcburi tanışlığından daha çətin baş tutur. Ancaq bu tanışlıqdan, insanlar sığortanın bəhrəsini gördükdən sonra artıq məcburiyyətə ehtiyac qalmır və onlar könüllü sığorta növlərinə də maraq göstərməyə başlayırlar. Eyni proses Azərbaycanda da keçməlidir və keçilməkdədir. Belə ki, ölkəmizdə icbari sığorta növlərinin tətbiqi bundan uzun müddət əvvəl başlamasına baxmayaraq, bu işə təkanı 2011-ci ildə qəbul olunmuş icbari siğortalar haqqında qanun verdi. Sözügedən qanunun qəbulu ilə Azərbaycan sığorta bazarında bir dönüşü müşahidə olundu.

Hesab edirəm ki, proses ilbəil güclənəcək və təbii olaraq da, bu, könüllü sığorta növlərinin də inkişafını sürətləndirəcək. Ancaq bu istiqamətdə sığorta şirkətlərinin də üzərinə böyük məsuliyyət düşməkdədir. Şirkətlər göstərdikləri xidmətlərin keyfiyyətinə daim nəzarət etməlidirlər ki, insanları könüllü sığortalara cəlb edə bilsinlər. Ümumdaxili məhsulda sığortanın payının az olması isə sığorta bazarının inkişafı ilə düz mütənasibdir. Bazar inkişaf etdikcə, pay da müvafiq şəkildə artacaqdır".

İqtisadçı ekspert Samir Əliyev isə bildirir: "Sığorta bazarı Azərbaycanın maliyyə sistemində zəif inkişaf etmiş sahələrdən hesab olunur. Sığorta sisteminin zəif inkişaf etməsinin səbəbi bir tərəfdən əhalinin məlumatlılıq səviyyəsinin aşağı olması, digər tərəfdən sığorta şirkətlərinin bir sıra hallarda öz öhdəliklərindən boyun qaçırmaq cəhdləri ilə bağlıdır. Ötən il Azərbaycanda sığorta bazarının həcmi 343 milyon manat təşkil edib. Bunun təxminən 37%-i icbari sığorta bazarının payına düşüb. Halbuki bu göstərici 2011-ci ildə 24%, 2010-cu ildə isə 20% olub. 2011-ci ildə "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi sığorta bazarının həcminin, o cümlədən icbari sığortanın payının artmasına gətirib çıxarıb.

2012-ci ilə qədər vətəndaşlara məxsus evlərin sığortalanması yalnız könüllü formada həyata keçirilib. Sonradan müvafiq qanunun qəbulu əmlakın icbari sığortasını nəzərdə tutub.

Sığorta bazarının, o cümlədən əmlak sığortasının inkişaf etməməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var. Əvvəla, insanların bu sahədə məlumatlılığı aşağıdır. Əhalinin maliyyə savadsızlığı onların sığortanın verdiyi üstünlüyü müəyyənləşdirməyə imkan vermir. İkincisi, sığorta şirkətlərinə olan inamsızsıqdır".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin isə məsələyə münasibəti belədir: "Qeyd etmək istərdim ki, könüllü və icbari sığortalanma zamanı icbari sığota məcburi olduğu üçün insanlar daha çox məhz onu həyata keçirməkdə maraqlı olurlar. Amma könüllü sığorta elədir ki, insanlar müstəqil şəkildə onu həyata keçirə bilərlər. Bunun az müraciət olunmasının bir neçə səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, bizim sığorta bazarı hələ beynəlxalq tələblərə cavab verəcək səviyyəyə çatmayıb. Digər səbəb kimi isə bu gün sığorta olunanlar və ya sığorta olunmaq istəyənlərin özlərinin siğortaya etimadı, etibarı azdır. Bunun da səbəbi onunla bağlıdır ki, müxtəlif sığorta hadisələri zamanı sığota şirkətləri öz marağı ilə çıxış edir. Sığorta olunan isə dəymiş ziyana uyğun sığortalanmaq istəyir. Amma bunun nəticəsində bəzi hallarda sığorta olunanların tələbləri ödənmir. Bu səbəblərə görə də maraq azalıb. Ümumiyyətlə, burda sığorta şikətlərinin keyfiyyəti və çeşidinin müxtəlif olması daha vacibdir. Hesab edirəm ki, könüllü siğorta zamanı işin keyfiyyətinə fikir verilməməsi bu sahəyə marağı azaldır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs