Əlaqə Arxiv
news Image
2020.09.16
11:14
| A A A
Sumqayıt-Respublikamızın sənaye mərkəzi

Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılaraq, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam edib. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində Sumqayıt yüksək məqsədə doğru qətiyyətlə irəliləyərək möhtəşəm nailiyyətlər əldə etməkdə davam edir.
  
  Günü-gündən müasirləşən Sumqayıtımızda "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı həm yeni iş yerlərinin yaradılmasına, həm daxili kadrların hazırlanmasına,həm də daxili istehsalımızın artmasına səbəb olacaqdır.
   Bir həqiqəti qeyd etmək lazımdır ki, Sumqayıtın inkişafı Ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.Göstərilən diqqət və qayğı sayəsində doğma Sumqayıtımız günü-gündən inkişaf etməkdədir.
    Əminəm ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Respublikamızda, o cümlədən  Sumqayıt şəhərində yeni-yeni layihələr həyata keçiriləcəkdir.
    
Hüseynli Elşən Adil oğlu

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz