Əlaqə Arxiv
news Image
2020.09.16
14:20
| A A A
Yeni yaradılan Sənaye parkları iqtisadi tərəqqiyə töhfədir

Bu gün ölkəmiz bütün sahələrdə uğurlar əldə edir. Ağır pandemiya şəraitinə baxmayaraq müxtəlif iş yerləri açılır. Yeni zavod, fabrik, istehsal müəssisələri tikilir.

Butun bunlar Azərbaycanının inkişafı və uğurlarıdir. Belə müəssisələrdən biri də bu yaxinlarda istifadəyə verilən Sumqayıt Kimya Sənaye Parkıdır. Burada əldə edilən nailiyyətlər ümumilkdə Azərbaycanda sənaye məhsulun istehsalı və ixracı üçün şərait yaradır.
Bu günün tələbi odur ki, daxili tələbat mümkün qədər yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Ölkənin idxaldan asılılığını azaltmaq üçün burada böyük potensial vardır. Təşəbbüskar şirkət və qurumlara  dövlət tərəfindən onlara kömək göstərilərsə, güzəştli kreditlər ayrılarsa idxaldan asılılıq maksimum dərəcədə azalar.  Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır.
Sumqayıt Sənaye Parkının fəaliyyəti müddətində mühüm işlər gorub. Onun yaradılması ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyini təmin edib.
Sumqayıt bu gün Azərbaycanın ikinci ən böyük sənaye mərkəzidir.   Burada yerli  məhsul ixraci sahəsində mühüm irəliləyişlər əldə edilib ki, bunlardan da tikinti sektoru yüksək inkişaf etmişdir.Tezliklə burada şüşə istehsalı da yaradılacaqdır. Bu zavod istehsala başladıqdan sonra biz özümüzü yerli məhsulla təmin edə biləcəyik. 
Bu günlərdə   prezident İlham Əliyevin Sumqayıt Sənaye Parkına səfəri və burada çıxışı ölkə rəhbərinin Azərbaycanın iqtisadi inkişaf siyasətinin diqqət mərkəsində saxlanılmasına əyani sübutdur. Yeni açılan Peşə Təhsil Mərkəzi burada oxuyan tələbələrə yüksək peşə vərdişləri asilayacaq ve gələcəkdə yüksək ixtisaslı kadrların yetişməsində mühüm rol oynayacaqdır.  Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.
Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. ərazinin əvvəlkivəziyyəti ilə indikini müqayisə etməyə dəyməz. Dağılmış, fəaliyyətsiz, ekoloji çirklənməyə səbəb olan müəssisələrin yerində müasir sənaye parkı qururlub.
Bütün bunlar müstəqil Azərbaycanın gündən günə böyüyüb inkişaf etdiyini göstərir. Hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Bu da ümumi ölkə miqyasında sənaye artımına ciddi töhfə verir və Azərbaycanın uğurlarını bir daha təsdiqləyir.

İlqar Əliyev  - Dövlət İdarəçilik Akademiyasinin tələbəsi

Sizin Reklam Yeriniz