Əlaqə Arxiv
news Image
2020.09.21
21:55
| A A A
Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid alır

Bu gün Azərbaycanın iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır. Amma bu o demək deyil ki, başqa sahələr inkişaf etmir. Halbuki edir və bunu hamımız görürük. Son illərdə neft-qazdan əldə olunan gəlirlər bütün sahələrdən üstün olacaq. Bu bizi sevindirir. Ölkəmizdə həyata keçirilən yeni layihələr ürəkaçandır. Belə ki, “Abşeron”, bir ay əvvəl “Qarabağ” layihələrinin icrası neft-qaz amilinin önəmli rolunu təsdiqləyir. Ona görə ölkəmizin uğurlu gələcəyi neftçilərin peşəsindən, onların nəaliyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu onlar üçün də çox önəmlidir. 
       Azərbaycan qədim neft diyarıdır. Ölkəmizdə uzun illər həm ÇAR Rusiyası dövründə, həm Sovetlər dövründə, həm də müstəqillik dövrünün ilk illərində neft hasil olunub, lakin çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. ÇAR Rusiyası dövründə varlılar biraz da varlanır, kasıblar isə daha da ağır vəziyyətə düşürdü. Eyni zamanda bizim özümüzə məxsus yeraltı  və yerüstü sərvətlərimiz hər bir ÇAR Rusiyasının varlılarının daha da varlanmasına xidmət etdi. Əgər biz o dövrdə müstəqil ölkə olsa idik, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi.
        Azərbaycan təbii sərvətlərinin zənginliyi ilə əlaqədar daim dünyanın diqqət mərkəzində olub. Bu təbii sərvətlərə nümunə olaraq, filiz şəklində çıxan faydalı qazıntıları, qeyri-filiz mənşəli qazıntılar, gips, dolomit, anhidrit və daha digərləri, yeraltı su ehtiyatları və s. göstərmək olar. Müxtəlif növ təbii ehtiyatla zəngin olan Azərbaycan dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Belə ki, Azərbaycan ərazisinin 2/3 hissəsi neft-qaz yataqları ilə zəngindir. Son dövrdə "Şahdəniz" və "Ümid" adlı iki böyük neft yatağı kəşf olunub.
        Azərbaycan dövlətinin inkişafında kifayət qədər önəmli şəxs hesab edə biləcəyimiz  cənab İlham Əliyevin neft sahəsindəki xidmətləri danılmazdır.
       Əsrin kontraktının imzalandığı 1994-cü ildən 26 il keçməsinə baxmayaraq o vaxtdan bu günə bir çox kontraktlar imzalanıb və bu da dünyanın, Azərbaycanın neft potensialına artan marağının göstəricisidir.
       Hal-hazırda Azərbaycan regionda bütün reytinqlər üzrə ən qabaqcıl yerdədir. Cənab prezidentin tələbi ilə "qara qızıl" insan kapitalına çevrilir və vətəndaşlara xidmət edir. Fəlakət zonası deyə biləcəyimiz yerlər, ekoloji layihələr nəticəsində cənnət zonasına çevrilir və belə müsbət yönümlü layihələr daim davam edir və edəcəkdir.

   Orxan Abbasov
   Nəsimi RİH könüllüsü

Sizin Reklam Yeriniz