Əlaqə Arxiv
news Image
2020.09.22
10:20
| A A A
“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması Azərbaycanın neft-qaz sənayesində yeni uğurudur”

Dünyada  neft-qaz sənayesinə investisiya qoyuluşları azaldığı bir dövrdə ölkəmizin bu cür  lahiyələrə başlaması uğurlu enerji siyasətinin nümunəsi hesab edilə bilər. Azərbaycanda nəhəng investisiya lahiyələri  uğurla həyata keçirilir və bu yöndəki işlər əvvəlki kimi davam etdirilir. “Abşeron” yatağı  karbohidrogen ehtiyyatları bol olması səbəbi ilə ölkəmiz üçün çox önəmlidir. Bu yataq üzrə işlərin başlanması neft sənayesində yeni mərhələyə start vermək deməkdir.  “Abşeron” yatağı  digər  strukturlar kimi zəngin enerjiyə malikdir. Bu enerji yatağının digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqları, dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində tətbiq edilən qurğuları yerli istehsal hesabına təmin edir. Respublikamız artıq neçə ildir ki, neft sənayesindəki ən ağır dayaq blokalarının və platformaların tikintisini  hər birini öz mütəxəssilərimiz   həyata keçirir. Bu işlər beynəlxalq standartlara uyğun şəkildə, modernləşdirilmiş, dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata keçirilir.”
Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçməsinə baxmayaraq, Azərbaycanın neftinə dünyada maraq azalmır, əksinə artır.
 TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır və hazırda Türkiyə bazarında Azərbaycan qazı birinci yerdədir. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək. 
Neft sektorunda bu miqyasd işlərin görülməsi, neft sənayesinin daha da inkişaf etdirilməsi,iqtisadiyyatımızı daha da inkişaf etdirməklə, Azərbaycan xalqının  rifahının yaxşılaşdırılmasına və Azərbaycanın daha da güclü bir ölkəyə çevirilməsinə imkan verəcəkdir. Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu  siyasət nəticəsində Azərbaycan bu gün dünyanın mühüm neft və qaz istehsalatçısına və ixracatçısına çevirilmişdir. “ Əsrin müqaviləsi” imzalandıqdan bu günə qədər görülən quruculuq – abadlıq  işləri, xalqın rifah halının yaxşılaşdırılması yönümündə görülən işlər və sair  neftin xalqımız üçün nə qədər vacib bir amil olduğunun  bariz nümunələridir. İnanırıq ki “Abşeron” yatağı da bütün ümidləri doğruldacaqdır.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü,
İsa Bayramov

 

Sizin Reklam Yeriniz