Əlaqə Arxiv
news Image
2020.09.23
13:50
| A A A
Azərbaycanda "İnnovasiyalar həftəsi" keçiriləcək

Azərbaycanda oktyabrın 5-dən 9-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə üçüncü “InnoWeek – İnnovasiyalar həftəsi” keçiriləcək.

Trend bu barədə “Aztelekom” MMC-yə istinadən məlumat verir.

Tədbirin əsas məqsədi ölkədə innovativ ideyaların yayılması, startap hərəkatının genişlənməsi və gənclər arasında innovativ düşüncənin inkişafıdır.

Koronavirus pandemiyası ilə əlaqədar “InnoWeek” innovativ ekosistemin qurulması prosesini sürətləndirəcək, gənclərin innovasiyalarta marağını artıracaq. Tədbirin onlayn rejimdə keçirilməsi planlaşdırılır.

Sizin Reklam Yeriniz