Əlaqə Arxiv
news Image
2013.08.12
16:57
| A A A
Haqsız rəqabət hallarının qarşısı alınır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Dəyanət Cəfər oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən edilib. Belə ki, fiziki şəxs tərəfindən 18%-li şorun və 6%-li qatığın gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə ayran, dovğa və xama məhsullarının saxlama müddətinin normativ sənədlərdə müəyyənləşdirilmiş müddətdən artıq göstərildiyi aşkar edilib. Bundan başqa, istehsal olunmuş süd məhsullarının İsmayıllı rayonunun İvanovka kəndi ilə bağlılığı olmadığı halda, həmin məhsulların markalanmasında qanunsuz olaraq "İvanovka" coğrafi adından istifadə edildiyi müəyyən edilib.


Haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Həsənov Dəyanət Cəfər oğlu barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Sizin Reklam Yeriniz