Əlaqə Arxiv
news Image
2020.09.25
12:20
| A A A
MÜŞTƏRİ XİDMƏTLƏRİNİN ELEKTRON SİSTEMİ YARADILACAQ
Abonentlərə xidmətlərin təqdim olunmasında əldə olunan uğurların davamlı olması üçün daha effektiv yeni iş prosedurlarının təşkilinə zərurət yaranıb. "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilmiş kommunal xidmətlərin inkişafına dair "Strateji yol xəritəsi" üzrə monitorinq və qiymətləndirmənin həyata keçirilməsindən irəli gələrək müştəri xidmətləri sahəsində bəzi yeniliklərin olunmasını nəzərdə tutur. Hazırda "Azəriqaz" İB "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində vətəndaşlara 21 xidmət növü təqdim edir. Lakin bunun müəyyən hissəsinin Birliyin digər strukturları ilə bilavasitə bağlı olması, yəni bəzi sənədlərin işlənilməsini digər şöbələrin əməkdaşları icra etdiyindən vaxt itkisi yaranır, vətəndaş narazı qalır və nəhayət bu da müştəri məmnuniyyətinin azalmasına gətirib çıxarır. Ona görə də qərara alınıb ki, müraciətlərin təminatı ilkin mərhələdə vahid bir elektron poçt üzərindən, gələcəkdə isə xüsusi internet-portalı üzərindən yeni iş proseduru seçilməklə icra olunsun. Bu sistem işə düşdükdən sonra abonent məlumatlarında dəyişikliklərin edilməsi, borc və ödəniş haqqında arayışların verilməsi, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, smart kartda istifadə olunmayan vəsaitin abonent koduna köçürülməsi və digər əməliyyatların icrasını elektron formada həyata keçirilə bilər.
Sizin Reklam Yeriniz