Əlaqə Arxiv
news Image
2020.09.25
16:25
| A A A
"Azərsu" ASC-nin rəsmi şəxsləri Neftçalada görülən işlərlə tanış oldular
Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral kəmərin və anbarın tikintisi işlərinin gedişi ilə tanış olmaq məqsədilə "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov, sədr müavini Etibar Məmmədov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tikintinin gedişi ilə yerində tanış olublar. Layihənin icra vəziyyəti ilə bağlı bildirilib ki, magistral su kəmərinin artıq 38 km-lik hissəsi inşa edilib. Hazırda kəmərin Neftçala şəhər şəbəkəsinədək olan 1,5 km-lik hissəsi, eyni zamanda Kür çayı üzərindən keçən hissəsinin tikintisinə hazırlıq görülür. Layihəyə əsasən kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində xüsusi konstruksiya quraşıdırlacaq. Bu məqsədlə çayın hər iki sahilində 28 metr hündürlüyündə dəmir-beton dayaqlar quraşdırılacaq və onun üzərində estekada salınacaq. Magistral xətt estakadanın üzəri ilə çəkiləcək. Qeyd edək ki, kəmərin 17 km-lik hazır hissəsində hidravlik sınaq işlərinə də başlanıb. Magistral su kəmərinin tikintisinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Kəmər tam hidravlik sınaqdan keçirildikdən, yuyulub dezinfeksiya olunduqdan sonra Neftçala şəhər şəbəkəsinə içməli suyun verilməsi təmin olunacaq. Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında 7500 kubmetr tutumu olan su anbarının inşası da qrafikə uyğun davam etdirilir. İndiyədək anbarın tikintisi üzrə işlərin 60 faizdən çoxu icra olunub.
Sizin Reklam Yeriniz