news Image
2013.08.14
16:41
| A A A
Bakıda iki yeni metrostansiyanın tikintisi başa çatır

Bakı Metropoliteninın "bənövşəyi" xəttində ilk iki stansiyanın tikintisi çərçivəsində işlərin böyük hissəsi yekunlaşdırılıb. Bu barədə Trend-ə Bakı Metropolitenindən olan mənbə bildirib.


Mənbənin sözlərinə görə, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikintisinin tamamilə yekunlaşdırılması və istismara verilməsi 2014-cü ildə nəzərdə tutulub.

Mənbə vurğulayıb: "Stansiyaların tikintisi ilə bağlı işlər aktiv templərlə aparılır və gələn il onların tamamilə yekunlaşdırılması planlaşdırılır".


Onun sözlərinə görə, ilkin olaraq stansiyanı bu ilin sonunda istismara vermək planlaşdırılıb.

Lakin köçürülmə məsələsinin həll edilməsi və kompensasiyaların ödənilməsi ilə bağlı geçikmələr səbəbindən bu müddət uzadılıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs