news Image
2013.08.15
12:31
| A A A
Mərkəzi Bankdan Azərbaycan manatının yeni dizaynda buraxılması barədə açıqlama

Mərkəzi Bank Azərbaycan manatının yeni dizaynda buraxılacağı barədə məlumatlarla bağlı açıqlama yayıb.


Bankdan "APA-Economics"ə daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksi olan 1, 5, 10, 20, 50, 100 manatlıq əsginasların fotosu yayılıb.

 

"Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yanlış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.

 

Azərbaycan  Respublikasının Mərkəzi Bankı  bildirir ki,  bu   məlumatlar heç bir  reallığı əks etdirmir və   bu şəkillər qeyri-müəyyən  şəxslərin  təxəyyülünün məhsuludur.

 

Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əsginasların tədavülə buraxılması planlaşdırılmır", - deyə Milli Banklın məlumatında bildirilir. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs