Əlaqə Arxiv
news Image
2020.10.16
11:51
| A A A
“Azərişıq” Rus Borisi kəndində yenidənqurma işlərinə start verib (FOTO/VİDEO)

"Azərişıq" ASC Goranboy EŞ-nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Qurumdan verilən məlumata görə, ilk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib. Rus Borisi kəndi 2004 –cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st – dan qidalanır.

Sizin Reklam Yeriniz