news Image
2013.08.27
10:03
| A A A
Tikintilərdə böyük armatur təhlükəsi…
Hikmət Məmmədov: “Aşağı keyfiyyətli armatur heç bir tikilidə istifadə edilməməlidir” Rövşən Talıbzadə: “Ölkədə Gürcüstandan idxal olunan armaturun payı çox cüzidir”

"Gürcüstan Azərbaycana keyfiyyətsiz və istifadəsi təhlükəli tikinti armaturu ixrac edir". Belə bir fikirlə Azərbaycanın aparıcı poladəritmə şirkətinin rəhbərliyi çıxış edib. "Baku Steel Company" MMC-nin sahibi və Müşahidə Şurasının sədri Rasim Məmmədov bəyan edib ki, Gürcüstanda fəaliyyət göstərən Rustavi Metallurgiya Zavodu keçmiş zamanlarda Daşkəsən Filizsaflaşdırma Kombinatından Gürcüstana aparılan filizin tullantılarından armatur istehsal edir: "Ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edib, nəqliyyat xərcləri az olduğuna görə daha ucuz qiymətlərlə Azərbaycana ixrac edir. Gürcüstanın Qara dəniz vasitəsilə dünya okeanına birbaşa çıxışı olduğunu nəzərə alsaq, istehsal olunan məhsul keyfiyyətli olduğu halda dünya bazarlarına çıxarılması daha məqsədəuyğun olardı". Ancaq hələlik Rustavi Metallurgiya Zavodunun rəhbərliyi bu fikirlərə cavab verməyib. Xatırladaq ki, zavod 12-32 mm-lik armaturlar buraxır.

Aidiyyatı qurumlarGürcüstandan olan idxalın dayanadırılması və həmin armaturların keyfiyyətinin aşağı olması faktınahələ münasibət bildirməsələr də ekspertlər "Baku Steel Company"nin açıqlamasını ciddi sayırlar. Məsələn, Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinindekanı, professor Hikmət Məmmədov bildirir ki, armaturların, ümumiyyətlə, tikinti materiallarının üzərində texniki göstəricilər olur: "Hansı şəraitdə, hansı binanın hansı hissəsində, yəni, göstəricilərə uyğun da istifadə olunur. "Baku Steel Company" armaturu Almaniya texnologiyası əsasında istehsal edir. Həm də bu gün "Baku Steel Company" Rusiya, Ukraynana, Türkiyəyə və İrana armatur satır. Yəni, "Baku Steel Company"nin buraxdığı armatur Gürcüstandan gətirilən armaturdan yüksək keyfiyyətlidir. Ancaq son zamanlar Gürcüstandan çox az armatur alınır. Bizdə əvvəllər armatur istehsl edən çoxlu xırda sexlər olub. Sonradan onlar ləğv edildi. Onların keyfiyyəti az idi. Bir neçə binada istifadə etmişdilər. Sonradan çox pis fəsadları ortaya çıxmışdı. Ümumiyyətlə, aşağı keyfiyyətli armatur heç bir tikilidə istifadə edilməməlidir. Çünki, onun istifadəsi gələcəkdə mənfi nəticələr ortaya qoya bilir. Xüsusi ilə də Bakının iqlim şəraitində kifayət qədər keyfiyyətli armaturlardan istifadə etmək lazımdır. Aşağı keyfiyyətli armaturlardan müvəqqəti, 10-15 illik kiçik tikililərdə istifadə etmək olar. Ancaq hazırda Bakıda tikilən möhtəşəm tikililərdə həmin armaturlardan istifadə olunmur".

Professor bildirdi ki, armatur istehsalı çətin prosesdir: "Onların 150 – 200 il istismar müddəti olur: Armaturun ömrü onun tərkibindəki maddələrə görə ölçülür. Onların yüksək və orta keyfiyyətli markaları olur. İnşaat işlərinin təyinatından asılı olaraq markalardan istifadə olunur. Bu gün Bakıda tikilən binalarda, yol ötürücülərində, metrostansiyalarda yüksək keyfiyyəti olan öz armaturlarımızdan istifadə edilir".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə sözlərinə görə, ölkəmizdə Gürcüstandan idxal olunan armatur demək olar ki, hazırda yox səviyyəsindədir: "Bunu bazarda həmin işlə məşğul olan işçilər də təsdiq edir. Armatur bizə əsasən Ukraynadan idxal olunur. Bir də Azərbaycanda öz istehsalı olan armaturlardan istifadə olunur. Yəni, ölkədə Gürcüstandan idxal olunan armaturun payı çox cüzidir. Ona görə də onların keyfiyyəti barədə nəsə dəqiq məlumat vermək çətindir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs