news Image
2013.08.27
17:46
| A A A
Banklarda 1,85 milyard manat əmanət təhlükə altına düşə bilər
Rəşad Həsənov : «Bəzi hallarda eyni bankın müxtəlif filiallarına əmanətlər yerləşdirməklə vətəndaş problemi həll etdiyini düşünür»

Qadir İbrahimli: "Əmanətlərin qorunmaması bank sektorunun inkişafına mane olan amillərdən biridir"


Aparılan son araşdırmalar banklardaki əmanətlərin 1,85 milyard manatının qorunmadığını üzə çıxarıb. Bu fonda xatırladaq ki, jari ilin sonuna kimi  ölkədə bankların nizamnamə kapitalı 5 dəfə artırılaraq 50 milyon manata çatmalıdır. Belə vəziyyətdə göstərilən həcmdə qorunmayan vəsaitlərin mövcudluğu müəyyən narahatlıq yaradır. Məsələyə münasibət bildirnə iqtisadçı- eksperti Rəşad  Həsənov  Mövqe.aza-a açıqlamasında qeyd edir: "Əmanətlərin qorunması, yəni sığortalanmasının yuxarı həddi 30 min manat müəyyən edilib. Bundan yuxarı olan məbləğ isə sığortalanmır. Hazırda ölkədə sığortalanmayan əmanətlərin həcmi kifayət qədərdir. Əlbəttə ki, bu hal əmanətçilərdə müəyyən narahatlıq yaradır. Çünki, əmanətçi tərəfindən seçilmiş bank hər hansı bir səbəbdən bağlanarsa və ya iflas edərsə, vətəndaş pulun yalnız sığortalanan hissəsini alacaq. Hansı ki, ötən qısa müddət ərzində əhali Royal Bankın bağlanmasına şahid oldu və bu zaman müəyyən sayda  insan zərər çəkdi. Onu da nəzərə alsaq ki, Mərkəzi Bank tərəfindən elan edilmiş qərara uyğun olaraq 2014-cü ilin başlanğıcından etibarən bankların nizamnamə kapitalının minimum həddi 5 dəfə artırılaraq 50 milyon manat olacaq. Bu isə nisbətən daha az kapitala malik olan təxminən 8-10 bankın bağlanmasına səbəb ola bilər ki, nəticədə vətəndaşların əmanətlərinin qaytarılmasında problemlərin olacağı qaçılmazdır. Bir sözlə təhlükə qapıdadır. Ümumiyətlə, belə halların yaşanmaması üçün vətəndaşlar əmanətlərini yerləşdirərkən 30 minlik sığortalanma həddini nəzərə almalıdır. Əgər daha çox vəsaiti əmanət olaraq bankda yerləşdirmək istəyirsə, bu halda başqa banklara müraciət etməlidir. Bəzi hallarda eyni bankın müxtəlif filiallarına əmanətlər yerləşdirməklə vətəndaş problemi həll etdiyini düşünür. Lakin bir bankın istənilən filiallarında eyni adamın adına yerləşdirilən məbləğin cəmi 30 min manatı sığortalanır.Əmanətçilərin məhz bu məqamı nəzərə alması vacibdir. Əks halda baş vermiş hadisədən zərərlə çıxan vətəndaş günahkarı kənarda axtarmağa cəhd edir. Əslində isə, daha diqqətli olmaq və bir cox hallarda bank işçilərinin sözlərinə deyil, onlara təqdim edilən müqavilənin şərtlərinə fikir vermək gərəkir".

İqtisadçı ekspert Qadir İbrahimli isə məsələ ilə bağlı bildirir: "Əmanətlərin qorunmaması riskləri artırır. Royal Bankın timsalında biz gördük ki,  illik 12%-dən yuxarı, məbləği 30 min manatdan artıq əmanətlər qorunmadı. Əmanətçilər də faktiki olaraq nə qədər ziyan etdilər. Əmanətlərin qorunmaması bank sektorunun inkişafına mane olan amillərdən biridir. Beynəlxalq təcrübədə əmanətlərin qorunan hissəsinin həcmi daha yüksək olur. Bu addımda əhaliyə stimul verir. İnsanlar pullarını sandıqda saxlamaqdansa, bankda saxlamağa üstünlük verirlər. Belə şəraitdə həm banklar, həm də ki, şəxsin özü gəlir əldə edir. Sadəcə sığortalanan əmanətlərin həcmini artırmaq lazımdır.

Bankın nizamnamə kapitalı yüksək olarsa bankın müflis olma təhlükəsi də bir o qədər  aşağı enir. Və əmanət qoyanlar üçün risk azalır. Çünki bankın müflisləşməsi mümkünsüz həddə çatır".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs