Əlaqə Arxiv
news Image
2013.08.28
15:02
| A A A
OPEC dünya ölkələrinin təsdiqlənmiş neft ehtiyatlarının həcmini açıqlayıb

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2013-cü il üçün statistik hesabatını açıqlayıb.


Mövqe.az-ın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə bildirilir ki, İranın təsdiqlənmiş neft ehtiyatları 2012-ci ilin üçün 157,3 mln. barel həcmində qiymətləndirilir: "Bu ölkənin 2011-ci il üçün təsdiqlənmiş neft ehtiyatları 154,58 mln. barel olub. Bu da 2012-ci ildə İranın neft ehtiyatlarının 2011-ci illə müqayisədə 1,8% artdığını göstərir. Bununla da İran təsdiqlənmiş neft ehtiyatlarının həcminə görə Yaxın Şərqdə ikinci, dünyada isə üçüncü yerdədir. İrandan sonra siyahıdakı yerləri İraq, Küveyt, BƏƏ, Qətər, Oman və Suriya tutur".

 

Hesabatda deyilir ki, siyahıya Venesuela başçılıq edir: "Bu ölkənin 2012-ci il üçün təsdiqlənmiş neft ehtiyatları 297,735 mln. barel həcmindədir. Səudiyyə Ərəbistanı isə ikincidir. Bu ölkənin 2012-ci il üçün təsdiqlənmiş neft ehtiyatları 265,85 mln. barel həcmindədir. Bu da 2011-ci illə müqayisədə 0,2% çoxdur. Eyni zamanda, Qətərin təsdiqlənmiş neft ehtiyatları 2011-ci illə müqayisədə 0,5% artaraq 25,244 mln. barelə çatıb".

 

Sənəddə qeyd olunub ki, İraqın 2012-ci il üçün təsdiqlənmiş neft ehtiyatları 140,3 mln. barel, Küveytin – 101,5 mln. barel, BƏƏ-nin – 97,8 mln. barel, Rusiyanın – 77,403 mln. barel, Liviyanın – 48,472 mln. barel və Nigeriyanın ehtiyatları 37,139 mln. bareldir.

 

OPEC-in hesabatına əsasən, ABŞ-ın 2011-2012-ci illərdə təsdiqlənmiş neft ehtiyatları sabit qalıb və 23,267 mln. barel təşkil edib.

 

Ümumilikdə, sənəddə 40 ölkənin neft ehtiyatlarının həcmi açıqlanıb.

 

Hesabatın sonunda bildirilir ki, dünyada 2012-ci il üçün təsdiqlənmiş neft ehtiyatları 1,478 mlrd. bareldən artıq həcmdə qiymtəndirilir. Bu isə 2011-ci ilə nisbətən 0,9% çoxdur.

 

Sizin Reklam Yeriniz