Əlaqə Arxiv
news Image
2012.05.24
20:17
| A A A
Azərbaycan 350 milyon manat ayıracaq
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin xərclər hissəsinə artırılan 600 milyon manat vəsaitin əhəmiyyətli hissəsi ölkədə baş verən təbii fəlakətlərin, o cümlədən ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına yönəldiləcək.
APA-nın xəbərinə görə, bu barədə məlumat Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin zərflər paketində yer alıb.
Cari xərclərin artımı üçün nəzərdə tutulan vəsaitin 350 milyon manatı ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının yaratdığı sel və daşqınlarının fəsadlarının aradan qaldırılmasına, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərinin başa çatdırılmasına yönəldiləcək.
200 milyon manat isə dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin Ehtiyat Fonduna, 95 milyon manat Bakı şəhəri və ölkənin digər regionlarının sosial və kommunal infrastrukturlarının yenidən qurulması və abadlaşdırımasına, 1,9 milyon manatı əməyin ödənişi fonduna istiqamətləndiriləcək.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların büdcədənkənar vəsaitləri üzrə xərclər 40 milyon manat azaldılacaq.
 
Sizin Reklam Yeriniz