news Image
2012.05.26
11:28
| A A A
Dövlət qulluqçularının sayı və maaşı açıqlandı
Azərbaycanda dövlət qulluqçularının sayı və maaşı açıqlanıb

Movqe.Az xəər verir ki, Dovlət Statistika Komitəsi (DST) Dövlət qulluqçularının sayı və onların əmək haqqını açıqlayıb. 2012-ci il yanvarın 1-nə olan məlumata əsasən ölkədə dövlət qulluqçularının sayı 26,5 min nəfər olub və onların 28,1 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,4 faizi inzibati vəzifələrin 1-4-cü təsnifatları üzrə, 76,1 faizi 5-9-cu təsnifatları üzrə və 19,5 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyirlər.

Dövlət qulluqçularının 6,8 faizi 1 ilə qədər, 23,3 faizi 1 ildən 5 ilə qədər, 24,8 faizi 5 ildən 10 ilə qədər, 17,8 faizi 10 ildən 15 ilə qədər, 27,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 14,3 faiz, 30-34 yaşda 12,5 faiz, 35-44 yaşda 22,1 faiz, 45-54 yaşda 31,4 faiz, 55-62 yaşda 15,2 faiz və 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 4,5 faizini təşkil edir. İşləyənlərin əsas hissəsi (53,5 faizi) 35-54 yaşda olanlardır. 5-9-cu təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 16,2 faizini şöbə müdirləri, 11,1 faizini şöbə müdirinin müavinləri, 9,2 faizini sektor müdirləri, 25,8 faizini baş məsləhətçilər, 5,0 faizini böyük məsləhətçilər, 13,8 faizini aparıcı məsləhətçilər və 18,9 faizini məsləhətçilər təşkil edir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6 faiz komplektləşdirilib.


2011-ci ildə dövlət qulluğunun vəzifələrini tutan işçilərin orta aylıq əmək haqqı 450,5 manat təşkil edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs