news Image
2012.05.27
19:23
| A A A
Yaxın günlərdə Bakıda CDMA baza stansiyasi istifadəyə veriləcək

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhərində CDMA tipli simsiz telefon xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. Birliyin CDMA şöbəsinin rəisi Murad Cəbrayılov "İCTnews"-a xəbər verir ki, yaxın günlərdə Yasamal rayonunda ATS 538/539-un binasında yeni baza stansiyası istifadəyə veriləcək."Bununla bağlı tərəfimizdən bütün tədbirlər həyata keçirilib.

Yeni stansiya istifadəçilərin daha keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmasına şərait yaradacaq"- deyə şöbə rəisi əlavə etdi.

Qeyd edək ki, bundan öncə uyğun stansiyalar Binəqədi və Xəzər rayonlarında qurulub. Xatırladaq ki, avadanlıqlar "Huawei" şirkətindən alınıb qurulur və hal-hazırda CDMA stansiyasının montaj tutumu 20 min nömrəyə çatdırılıb. Abunəçilərin sayı isə 8500-dür.

Qeyd edək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. "Aztelekom" İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs