news Image
2012.06.01
16:10
| A A A
“Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 2800-ə yaxın ev yenidən tikiləcək”

Azərbaycanın zəlzələdən zərər çəkən Şəki-Zaqatala bölgəsində 12 minə yaxın ev təhlil olunub.

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu evlərdən 2800-ə yaxını qəzalı vəziyyətdədir və uçurularaq yenidən tikiləcək.

Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan 2500-ə yaxın evdə isə bərpa-gücləndirmə işləri aparılacaq. Bu evlərdən də bərpaya yaramayanları olsa, sökülərək yenidən tikiləcək. Nazir qeyd edib ki, çatlar yaranan bir çox ev də təmir-bərpa olunacaq.

K. Heydərov artıq regionda inşaat bazalarının yaradıldığını, əraziyə tikinti materiallarının daşındığını açıqlayıb.

Nazir Zaqatala, Balakən, Qax və Şəki rayonlarında zəlzələdən zərər çəkən məktəblərin də təmir olunacağını deyib. Artıq bir neçə məktəbdə isə tikinti işlərinə başlanıb.

Növbəti tədris ilinə kimi həmin məktəblər tikilərək istifadəyə veriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs