news Image
2014.01.17
10:17
| A A A
Avtomobillərimiz hələ “Avro-4” yanacağı ilə işləməyəcək
Nizaməddin Quliyev: “Yeni neftkimya komleksinin inşasına başlanılacaq, ondan sonra “Avro-4” standartına cavab verəcək benzinin istehsalı məsələlərinə baxılacaq” Sülhəddin Gözəlov: “Azərbaycanda hazırda “Avro-3” standartının tələblərinə uyğun yanacaq istehsal olunur”

Xəbər verildildiyi ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin "Avro-4" ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib. "Avro-4" ekoloji normaları 2014-cü ilin 1 aprelin tarixindən etibarən tətbiq ediləcək. Amma maraqlısı budur ki, hazırda ölkəmizdə "Avro-4" standartına cavab verən benzin istehsal olunmur. Belə ki, Azərbaycanda neftayırma zavodları "Avro-4" tələblərinə cavab vermir.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də qəzetimizə verdiyi açıqlamada hazırda ölkəmizdə "Avro-4" standartına uyğun benzinin olmadığını deyir: "Bu gün bizdə "Avro-3" standartına cavab verən benzin istehsal olunur. Yeni neftkimya komleksinin inşasına başlanılacaq. Ondan sonra "Avro-4" standartına cavab verəcək benzinin istehsalı məsələlərinə baxılacaq. Hazırda "Avro-4" standartı yanacağa yox, ölkədə istehsal olunan və idxal olunan maşınlara qoyulur".

Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisinin eksperti, texniki elmlər namizədi Sülhəddin Gözəlov bildirir ki, Avropada 2 avro standartı var: "Bunlardan birincisi, avtomobil nəqliyyatının konstruksiyası üçün qoyulmuş standartlarla, digəri isə avtomobilin istifadə etdiyi yanacaqla bağlıdır. Avtomobilin konstruksiyası təkmilləşdikcə onun işlətdiyi yanacağın keyfiyyəti də təkmilləşməlidir. Tək avtomobil konstruksiyasına qoyulan tələbləri sərtləşdirməklə yüksək göstərici əldə etmək çətindir.

Azərbaycanda hazırda "Avro-3" standartının tələblərinə uyğun yanacaq istehsal olunur. Yəqin ki, "Avro-4" istiqamətdə də neftayırma zavodlarında müvafiq işlər görüləcək. Yeni tələblər ölkə daxilində istehsal və idxal olunan maşınların konstruksiyasına qoyulur. Naxçıvanın "Lifan" Zavodunun istehsal etdiyi avtomobillərin yığım hissələri xaricdən – Çindən, Brazilyadan və digər Avropa ölkələrindən gəlir. Azərbaycan maşın zavodları üçün qoyulan tələblərin yerinə yetirilməsi problem deyil. Çünki, bundan sonra "Avro-4"-ün tələblərinə cavab verən mühərriklər sirafiş olunacaq. Zavod çox yüksək texnologiyalarla fəaliyyət göstərə bilir. Orada yığılan avtomobillərdə mühhəriklər əvvəllər "Avro-3"ün tələbinə cavab verirdisə, artıq bir qismi "Avro-4"ün tələblərinə cavab verir. Gəncə və Şamaxı avtomobil zavodlarında da anoloji proseslər aparılacaq. Çünki, biz avtobili yığırıq. Yığımın elementlərini isə xaricdən alırıq. "Avro-3" yox, "Avro-4" standartına cavab verən aqreqatlar almağımız problem deyil. Eyni zamanda idxalda da şərtlər sərtləşdiriləcək. Bu standartın tətbiqi MDB məkanında istehsal olunan maşınların Azərbaycana idxalını praktiki olaraq dayandıracaq. Bura Rusiya istehsalı olan avtomobillər də aiddir. Amma onu da qeyd etmək lazımdır ki, Rusiya "Avro-4"ə ötən ildən keçib. Bəs, niyə biz "Avro-3"ə keçmədən "Avro-4" stadnartına keçdik? Çünki, "Avro" standartlarında mühərrikdən xaric olan qazın tərkibindəki zəhərli komponentlar - dəm qazı, karbohidrogen birləşmələri, azot oksidləri və bərk hissəsciklərin miqdarı "Avro-2" və "Avro-3"də rəqəm olaraq bir-birinə çox yaxındı. "Avro-4" standartında isə bu rəqəm çox kəskin fərqlənir. Hökumət də çox güman ki, bunu əsas gətirib. Əgər biz "Avro-3"ə keçmiş olsaydıq, onda ölkədə ekologiyanın təmizlənməsi ilə bağlı böyük nailiyyət əldə etməyəcəkdik. Amma "Avro-4"ə keçidlə ekologiyanın təmizlənməsində 30-40% irəliləyişə nail ola biləcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs