news Image
2014.01.28
13:34
| A A A
Xaricdə ev alan azərbaycanlıların sayı yenə artır
Vüqar Bayramov: «Əmlak bazarında qiymətlərin tənzimlənməsinə ehtiyac var» Yaşar Əsədov: «Bunu iqtisadi bazarın perspektivləri ilə bağlamaq lazımdır»

Aparılan hesablamalar  Azərbaycan vətəndaşlarının xaricdə il ərzində xərclədyi vəsaitin həcminin 3 milyard manata çatdığıın göstərir. Bu vəsaitə xaricdə daşınmaz əmlakdan tutmuş şopinq məqsədilə xərclənən bütün pullar daxildir. Halbuki, qeyd olunan həcmdə vəsaitin ölkə daxilində realizə edilməsi mümkün olsaydı, bu, ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verə bilərdi. 

Son illər xaricdə ən çox daşınmaz əmlaka vəsait atıran azərbaycanlıların sayında artım müşahidə olunduğunu deyən iqtisadçı-ekspert Vüqar Bayramov bunun səbəbini Azərbaycanla müqayisədə digər ölkələrdə əmlak qiymətlərinin daha sərfəli olmasında görür: "Son illər xaricdə daşınmaz əmlaka vəsait yönəldən azərbaycanlıların sayında artımlar var. Bu, təbii ki, həm onunla bağlıdır ki, bəzi azərbaycanlılar vəsaitlərin bir qismini daşınmaz əmlakın alınmasına və digər gəlirli sahələrə investisiya etməklə mənfəət əldə etməyə çalışırlar. Nəzərə alsaq ki, xarici ölkələrdə, o cümlədən qonşu Türkiyədən əmlakın qiyməti Azərbaycanla müqayisədə aşağıdır, təbii ki, bu da imkan verir ki, Azərbaycan vətəndaşları həmin ölkələrdə əmlak almaqla sonradan onu daha baha qiymətə icarəyə verərək gəlir əldə etsinlər. O baxımdan əmlakın alınmasından əldə edilən rentabellik əsas məqsəd olaraq qiymətləndirilir. Digər səbəb isə artıq əmlakın alınmasının ölkədə bəzi vətəndaşlar arasında dəbə çevrilməsidir. Belə ki, Azərbaycanda bir sıra vətəndaşlar sadəcə dəb xatirinə xaricdə əmlaka sahib olurlar. Təəssüf ki, bu tip dəb də qalmaqdadır ki, bəzən heç də rentabelilli olmayan, iqtisadi baxımdan heç də səmərəli olmayan hallarda əmlakın alınması həyata keçirilir". 

Ekspert xarici ölkə iqtisadiyyatına sərf edilən vəsatlərin ölkə iqtisadiyyatına yönəldilməsinin vacibliyini vurğulayır: "Nəzərə almaq lazımdır ki, əmlakın alınması üçün kifayət qədər böyük həcmli məbləğlər xarici ölkələrə yönəldilir. Ona görə də, Azərbaycan çalışmalıdır ki, həmin vəsait ölkədə qalsın. Çünki həmin vəsaitləri ölkədə qalması ölkə iqtisadiyyatının inkişafına yardım etmiş olur. Amma ölkə əmlakının qiyməti yüksək olduğu üçün, adətən əmlak alanlar vəsaitin Azərbaycana yönəldilməsində maraqlı deyillər. Ona görə də, xarici ölkələrə üz tuturlar. Və sözsüz ki, bu baxımdan, məsələn, əmlak bazarında qiymətlərin tənzimlənməsinə ehtiyac var ki, xaricdə əmlak alanlar üçün Azərbaycanda evin, mənzlin və digərlərinin  alınması daha sərfəli və daha cəlbedici olsun. Amma təəssüf ki, hələlik əmlakların qiyməti buna imkan vermir. 

Eyni zamanda, dünya təcrübəsində də hər bir ölkədə xaricdə əmlak almaq ənənəsi geniş yayılıb. Məsələn, Rusiya vətəndaşları Kipr daxil olmaqla Avropanın bir sıra ölkələrində böyük həcmli daşınmaz əmlak alırlar. Ona görə də, bu prosses obyektiv bir prossesdir. Amma təbii ki, Azərbaycanda əmlak bazarının tənzimlənməsi, süni qiymətlərə qarşı mübarizə, investisiya mühitinin yaxşılaşdırılması vasitəsilə həmin vəsaitlərin bir qisminin ölkə iqtisadiyyatına yönəldilməsinə çalışmalıyıq".  

Digər iqtisadçı ekspert Yaşar Əsədov isə məsələyə belə münasibət bildirir: "Bunu  iqtisadi bazarın perspektivləri ilə bağlamaq lazımdır. Yəni xaricdə daşınmaz əmlak alan adətən, onu icarəyə verərək daha çox qazanc əldə etməyi, ya da perspektivdə həmin əmlakı sataraq daha çox mənfəət əldə etməyi düşünür. Təbii ki, yaşamaq üçün də xaricdə daşınmaz əmlak, yəni ev alanlar var". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs